Osimhen gələn ilin yayında “Arsenal”a keçəcək

ESTAFET/ “Napoli”nin nigeriyalı hücumçusu Viktor Osimhen 2024-cü ilin yayında London “Arsenal”ına keçəcək.
“Topçular” nigeriyalı hücumçu ilə 120 milyon avro məbləğ müqabilində müqavilə bağlaya bilərlər, amma Osimhenin transfer qiymətini 134 milyon avroya yüksəldə biləcək mexanizmlər var.
Bundan əlavə, “Napoli”nin “Arsenal”ın brazilialı hücumçusu Qabriel Jezusla maraqlandığı bildirilir və buna görə də Osimhenin transfer qiymətinin aşağı salınması ilə qarşılıqlı alverin baş tuta biləcəyi vurğulanır.
