Bəxtiyarlı “Tuzlaspor” evdə uduzdu

ESTAFET/ Türkiyənin 1-ci liqasında 16-cı turun oyunları keçirilir. Azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin komandası “Tuzlaspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda evdə “Sakaryaspor”la qarşılaşıb. “Tuzlaspor” yekunda 1:3 hesablı məğlubiyyətə üzülüb.
Həsənalızadə bu oyunda 90 dəqiqə meydanda olub.
“Tuzlaspor” hesabındakı 13 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.
