“Sabah”ın ilk rəqibi müəyyənləşdi

ESTAFET/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibinin adına aydınlıq gəlib.

Komanda ilk matçında Rumıniyanın “Rapid” (Buxarest) klubu ilə qarşılaşacaq.

Görüş yanvarın 9-da, Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla saat 17:00-da), “Mardan” İdman Kompleksinin ehtiyat meydançasında olacaq.

"Sabah"ın Antalyadakı təlim-məşq toplanışı yanvarın 15-dək davam edəcək. Paytaxt təmsilçisi Türkiyədə daha bir yoxlama matçı keçirməyi planlaşdırır.

Müəllif: Orxan NOVRUZOV