Millimiz Ukraynaya da məğlub oldu
ESTAFET/ 20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında üçüncü oyununa çıxıb.
Şahin Çatmanın rəhbərlik etdiyi komanda Ukrayna ilə qarşılaşıb.
Oyun yığmamızın 0:3 (12:25, 6:25, 10:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb. Təmsilçimiz əvvəlki iki matçda Estoniya və Latviyaya da eyni hesabla uduzmuşdub.
U-20 sabah Litva, yanvarın 7-də isə Polşa milliləri ilə münasibətləri aydınlaşdıracaq.