Azərbaycan millisinin üzvü Türkiyədə debüt edib

ESTAFET/ Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Türkiyə çempionatında "Ankara Karayolları"nın heyətində debüt edib. O, "Vakıfbank"la görüşə 37 nömrəli forma ilə çıxıb.
İstanbul təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi oyunda Rəhimova 1 dəqiq zərbə ilə yadda qalıb. XIV turdan sonra "Vakıfbank" Sultanlar Liqasında 37 xalla 1-ci, "Ankara Karayolları" 4 xalla sonuncu – 14-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Polina mövsümün ilk hissəsini Vyetnam çempionatında keçirib. O, "Duc Giang Company" klubu ilə gümüş medallar qazanıb və liqanın ən yaxşı hücumçusu mükafatına yiyələnib.
