Azərbaycan çempionatında ilin ilk qarşılaşmaları keçiriləcək

Yanvarın 9-da qadın voleybolçuların Yüksək Liqasında ikinci dövrə (8-ci tur) çərçivəsində iki oyun keçiriləcək.

Günün ilk qarşılaşması saat 15:00-da “Abşeron” və “Milli Aviasiya Akademiyası” komandaları arasında olacaq. Ardınca saat 17:00-da “Murov Az Terminal” komandası “AZERRAIL”lə üz-üzə gələcək. Hər iki oyun GİN-nin Voleybol Mərkəzində baş tutacaq.

9 yanvar
Yüksək Liqa (qadınlar)
VIII tur

15:00. “Abşeron” - “Milli Aviasiya Akademiyası”

17:00. “Murov Az Terminal” - “AZERRAIL”

Ünvan: Bakı şəhəri. GİN-nin Voleybol Mərkəzi

Müəllif: Bəhruz MƏMMƏDOV