Millimiz sonuncu oyunda da məğlub oldu

ESTAFET/ 20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında sonuncu oyununa çıxıb.

Şahin Çatmanın rəhbərlik etdiyi komanda Polşa ilə üz-üzə gəlib.

Qarşılaşma millimizin məğlubiyyəti ilə bitib - 0:3 (9:25, 11:25, 9:25).

Komandamız əvvəlki dörd oyunda Estoniya, Latviya, Ukrayna və Litvaya da eyni hesabla yenilib.

Müəllif: Bəhruz MƏMMƏDOV