"Söz verirəm" kampaniyası "Kodokan Bakı" Cüdo Klubunda

Azərbaycan Cüdo Federasiyanın əməkdaşları “Kodokan Bakı” Cüdo Klubunda uşaqlarnan maarifləndirici görüş keçiriblər. Onlar qısnamanın mahiyyəti, potensial təhlükələri və buna qarşı durmağın zəruriliyi haqqında məlumat veriblər.

Hər bir uşaq “Söz verirəm" sertifikatını imzalayıb, bu isə onların qısnamaya qarşı olduqlarını simvolizə edib. Bundan əlavə, onlar məlumatlandırıcı bukletlər və qolbaqlar əldə ediblər.

Müəllif: Natiq NƏSİROV