Federasiyaya yeni prezident təyin olundu

ESTAFET/ Bu gün Azərbaycan Bilyard Federasiyası (ABF) Seymur Məmmədovun Federasiyanın prezidenti vəzifəsinə təyin olunduğunu elan edir.

Azərbaycanda bilyard idmanının təşkili və inkişafı sahəsində uzun illər təcrübəsi olan Seymur Məmmədov bu gün öz vəzifəsinin icrasına başlayır.

ABF-nın prezidenti kimi ilk bəyanatında cənab Məmmədov göstərilən etimada görə minnətdarlığını bildirib və həmçinin Azərbaycanda bilyardın yeni səviyyəyə yüksəldilməsi əzmində olduğunu vurğulayıb. “Bilyard təkcə idman deyil, bu, həyat tərzidir və mən çalışıram ki, bu idmanı hər bir azərbaycanlı üçün əlçatan edək. Biz istedadın inkişafı üçün şərait yaratmaq, idmançılarımızı dəstəkləmək, idmanın inkişafına təkan verəcək tədbirlər həyata keçirəcəyik.

Seymur Məmmədov həmçinin Azərbaycanın dünya bilyard ictimaiyyətində nüfuzunun yüksəldilməsi məqsədilə bilyard idmanı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək və müxtəlif yarışlarda iştirak etmək niyyətində olduğunu bildirib.

Müəllif: Bəhruz MƏMMƏDOV