“Fənərbaxça” Nayiri icarəyə verdi

ESTAFET/ "Fənərbaxça" futbolçusu Umut Nayiri icarəyə verib.
Klub saytının xəbərinə görə, hücumçu bu mövsümün sonuna qədər Super Liqanın digər təmsilçisi "Pendikspor"da oynayacaq.
Xatırladaq ki, Nayir ötən il "Fənərbaxça"ya transfer olunub. O, bu mövsüm ümumilikdə 13 oyunda meydana çıxıb.
