Dadaşovun komandası və “Beşiktaş” darmadağınla mərhələ adladı

ESTAFET/ Türkiyə kubokunda 1/16 final mərhələsinə start verilib. Bu gün 5 görüş baş tutub. 

“Fatih Karagümrük” “Kırklarelispor”u, “Ankaragücü” “Rizəspor”u inamlı qələbə ilə mübarizədən kənarlaşdırıb. Super Liqa təmsilçisi “Kasımpaşa” isə gözlənilmədən aşağı liqa klubu “Bandırmaspor”a uduzaraq mübarizəni dayandırıb.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” “Sakaryaspor”la oyunda darmadağınla qalib gələrək növbəti mərhələyə yüksəlib. Millimizin üzvü bu oyunun iştirakçısı olmayıb. “Beşiktaş” da “Eyüpspor”ü böyük hesabla yenib.

Türkiyə Kuboku
1/16 final

16 yanvar

Fatih Karagümrük – Kırklarelispor 2:0
Kasımpaşa – Bandırmaspor 0:1
Hatayspor – Sakaryaspor 5:1
Ankaragücü – Rizəspor 3:1
Beşiktaş – Eyüpspor 4:0

17 yanvar

14:00. Antalyaspor – Pendikspor
14:00. Başakşəhər – Boluspor
16:00. Qaziantep – Bodrumspor
18:00. Alanyaspor – Samsunspor
20:00. Adana Dəmirspor – Ərzincanspor
22:00. Fənərbaxça – Adanaspor

18 yanvar

14:00. Sivasspor – Keçiörengücü
16:00. Kayserispor – Gənclərbirliyi
18:00. Konyaspor – Göztəpə
20:00. Trabzonspor – Manisa
22:00. Qalatasaray - Ümraniyəspor

Müəllif: Orxan NOVRUZOV