"Kəpəz" Qərb derbisinin hazırlıqlarına başladı

ESTAFET/ Dünən "Kəpəz"in üzvləri üçün iki günlük istirahət başa çatıb.
"Sarı-göylər" Məşq Mərkəzində "Turan Tovuz" ilə oyunun hazırlığına başlayıblar.
Qeyd edək ki, Misli Premyer Liqasının 19-cu turu çərçivəsində keçiriləcək görüş Qəbələdə reallaşacaq. Oyun yanvarın 22-si saat 17:30-a təyin olunub.
