“Qarabağ”ın oyununun biletləri satışa çıxarılır

ESTAFET/ Misli Premyer Liqasının 19-cu turunda keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” qarşılaşmasının biletləri sabah saat 14:00-dan iticket.az-da satışa çıxarılacaq.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər sabah iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.

Müəllif: Orxan NOVRUZOV