“Şamaxı”dan darmadağın

ESTAFET/ I Liqa təmsilçisi "Şamaxı" yoxlama oyunu keçirib.

Sözügedən komanda II Liqa klubu "Füzuli" ilə qarşılaşıb.

Matç "Şamaxı"nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını Ramin Əhmədov, Elşad Tağıyev, Emin Zamanov, Elçin Qasımov və Roman Hüseynov vurub.

"Şamaxı" I Liqada 22 xalla 2-ci, "Füzuli" II Liqada 29 xalla 4-cüdür.

Müəllif: Məsim MƏSİMZADƏ