“Xırdalan” lideri büdrətdi

ESTAFET/ Azərbaycan Basketbol Liqasının (ABL) 12-ci turunda daha bir görüş baş tutub.

Çempionatın favoriti "Sabah" play-off zonasında qərarlaşan "Xırdalan"la qarşılaşıb. Əlavə vaxta gedən gərgin matçın yekununda "Xırdalan" 107:103 hesabı ilə sürpriz və əzmkar qələbə qazanıb.

Bu nəticədən sonra "Sabah" 22 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik “Xəzri” ikincidir. Hesabında 19 xal olan "Xırdalan" dördüncü pillədə qərarlaşıb. Altıncı pillədə qərarlaşan “Cəlilabad”ın hesabında 16 xal var.

Müəllif: Məsim MƏSİMZADƏ