"Söz verirəm" kampaniyası ölkə üzrə miqyasını artırır!

ESTAFET/ Noyabrın 2-dən etibarən Azərbaycan Cüdo Federasiyası “Azercell” Telekom ilə birgə keçirtdiyi “Söz verirəm” kampaniyası Gəncə və Sabirabadda cüdo kəmərləri üzrə imtahanlarda iştirak edən 4000-dən çox uşaq da daxil olmaqla 20 məktəbi əhatə edib.
Azərbaycan Cüdo Federasiyası kampaniyanı fəal şəkildə genişləndirərək Şamaxıdakı Evrika liseyində maarifləndirici sessiya keçirib. Sessiyada “Bullying”-ın mənası, onun potensial riskləri və ona qarşı durmağın əhəmiyyəti müzakirə edilib.
Hər uşağa “Söz verirəm” sertifikatı, maarifləndirici kitabça və qolbaqlar verilib.
Qeyd edək ki, kampaniya ümumilikdə 7 000 uşağa təsir etmək məqsədi daşıyır.
