"Hər qazandığımız xal uğur sayılacaq": Samir Abasov

ESTAFET/ “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 20-ci turunun “Araz-Naxçıvan”la səfər oyunundan sonra fikirlərini bölüşüb.

O, 1:1 hesabıyla bitən oyundan sonra bunları söyləyib:

“Futbolçularıma təşəkkür edirəm. Hər qazandığımız xal bizim üçün uğur sayılacaq. Uduzmamaq üçün çox əziyyət çəkdik. Bizim üçün həddindən artıq çətin olacaq. Görürsünüz ki, oyunlar hansı məcrada keçir. Gərginlik daha da artır. Çalışacağıq ki, realist yanaşaq. Xallar itirilməyəcək deyə bir anlayış yoxdur. “Panika”ya düşməmək lazımdır”.

Müəllif: Zaur HACIYEV