AKF qış seminarı keçirib

ESTAFET/ Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən Fullkontaky Kyokuşin Karate Federasiyasının qış seminarı keçirilib.
Tədbirdə 600-dən çox uşaq, yeniyetmə və gənc idmançı iştirak edib. Seminara 60-dan çox məşqçi-müəllim də cəlb olunub. Seminarda Bakı ilə yanaşı Gəncə, Lənkəran, Yevlax və digər bölgələrdən idmançılar da iştirak ediblər.
AKF-nin vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi ilə keçirilən seminarda iştirakçılara kyokuşin şinkyokuşin, şorinciryu kenkokan və aşihara növləri üzrə hərəkətlər nümayiş etdirilib.
Sonda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.
