"TRABZONSPOR" "FƏNƏRBAXÇA"DAN FIFA-YA ŞİKAYƏT ETDİ

ESTAFET/ "Trabzonspor" əzəli rəqiblərindən biri olan "Fənərbaxça"dan FIFA-ya şikayət edib. Bu haqda klubun rəsmi saytında məlumat yerləşdirilib. Buna səbəb isə braziliyalı yarımmüdafiəçi Viktor Julianonun "Zenit"dən transferi olub.

 

Məlumatda bildirilir ki, "Bizim "Zenit"lə Julianonun keçidi haqda razılaşmamız var idi. Bu məsələnin araşdırılmasına FIFA-nı cəlb edirik. Proses ictimaiyyət üçün açıq olacaq".

 

Xatırladaq ki, ötən gün Juliano rəsmi olaraq, "Fənərbaxça" ilə 4 illik müqavilə imzalayıb.