"Baku Decides Gənclərin I İqlim Danışıqları" beynəlxalq konfransı nazirlər paneli ilə davam edib

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Baku Decides” Gənclərin I İqlim Danışıqları” beynəlxalq konfransının üçüncü günü əsas nazirlər paneli ilə davam edib. Bu gün konfransda gənclər və idman naziri Fərid Qayıbov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək ölkəmizin bu il COP29 tədbirinə ev sahibliyi edəcəyi bir ərəfədə Gənclərin I İqlim Danışıqlarını yüksək qiymətləndirib və konfrans iştirakçılarına uğurlar arzulayıblar.

Panel iclasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva, BMT Baş katibinin İqlim Dəyişmələri üzrə Məşvərət Şurasının üzvü Joyce Mendez və digər rəsmi şəxslər iştirak ediblər.

Müəllif: Bəhruz MƏMMƏDOV