“Neftçi” “Spartak”la qarşılaşacaq

ESTAFET/ “Neftçi” ilə Moskva “Spartak”ı arasında yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Bu barədə “Neftçi”nin mətbuat xidməti məlumat yayıb.

Matçın martın 23-də “Neftçi Arena”da oynanılması nəzərdə tutulub.

Xatırladaq ki, bu komandalar arasında ötən il Moskvada keçirilmiş yoxlama oyununda ruslar 2:0 hesabıyla qalib gəlmişdilər.

Müəllif: Natiq NƏSİROV