Sevda Nuriyeva UEFA-dan təyinat alıb

ESTAFET/ Azərbaycanın beynəlxalq dərəcəli köməkçi hakimi Sevda Nuriyeva UEFA-dan təyinat alıb.

O, 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II turunda Niderlandda keçiriləcək A liqasının 5-ci qrupunun oyunlarında köməkçi hakim funksiyasını yerinə yetirəcək.

Nuriyeva martın 14-də İspaniya – Türkiyə, 17-də Niderland – Türkiyə, 20-də isə Türkiyə – Ukrayna qarşılaşmalarında iş başında olacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV