“Sabah”ın legioneri əməliyyat olundu

ESTAFET/ "Sabah"ın futbolçusu Vansan Till dizindəki çarpaz bağlardan əməliyyat olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Lüksemburqdakı klinikalardan birində həyata keçirilən əməliyyat uğurla başa çatıb.

Till bu mövsüm Premyer Liqada 16 oyunda 1 qol vurub, 2 qolun ötürməsini verib.

Müəllif: Bəhruz MƏMMƏDOV