“Latsio”da yeni baş məşqçi

ESTAFET/ “Latsio”nun yeni baş məşqçisi müəyyənləşib.

İtaliya klubunun rəsmi saytının məlumatına görə, rəhbərlik bu posta Covanni Martuşyellonu təyin edib.

Maurisio Sarri ilə yollarını ayıran paytaxt təmsilçisi onun köməkçisini bu vəzifəyə gətirib. 52 yaşlı Martuşyellonun nə vaxta qədər komandaya rəhbərlik edəcəyi bəlli deyil.

“Latsio” İtaliya A Seriyasında 28 turdan sonra 40 xalla 9-cu pillədə qərarlaşıb.

Müəllif: Məsim MƏSİMZADƏ