Ronaldo futbol tarixinə düşdü

ESTAFET/ Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kristiano Ronaldo tarixə düşüb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytının məlumatına görə, 39 yaşlı hücumçu buna Asiya Çempionlar Liqasının Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" komandasına 4:3 hesabı ilə qalib gəldikləri oyunda nail olub.

O, futbol tarixində komandaları ilə 800 yüksək səviyyəli qarşılaşmada qalib gələn ilk oyunçudur. Bunlardan 675-i klubda, 125-i yığmada gerçəkləşib.

Müəllif: Orxan NOVRUZOV