Atıcımız beynəlxalq yarışda ikinci oldu

ESTAFET/ Almaniyanın Dortmund şəhərində güllə atıcılığı üzrə qadınlar arasında ISAS 2024 beynəlxalq turniri keçirilir.

Yarışda iştirak edən Xanna Əliyeva gümüş medal qazanıb.

Belə ki, pnevmatik tapançadan atəş üzrə mübarizə aparan idmançı 235.2 xalla ikinci yeri tutaraq gümüş medal əldə edib.

Turnir martın 24-də başa çatacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV