Bakıda Stend Atıcılığı üzrə Federasiya Kuboku 2025 start götürür

17–21 iyun tarixlərində Bakı Atıcılıq Mərkəzində Stend Atıcılığı üzrə Federasiya Kuboku 2025 keçiriləcək.

Yarışlarda Azərbaycan və Özbəkistanı təmsil edən 70-dən çox atıcı iştirak edəcək. Turnirdə gənclər (U18 və U21) və böyüklər yaş kateqoriyaları üzrə idmançılar bacarıqlarını sınayacaqlar.

İştirakçılar stend atıcılığının dairəvi və səngər stendi növləri üzrə yalnız fərdi formatda mübarizə aparacaqlar. Kubok yarışları həm peşəkar atıcılar, həm də atıcılıq həvəskarları üçün əhəmiyyətli turnirlərdən biri hesab olunur.

Tədbir ictimaiyyət üçün açıqdır və giriş sərbəstdir.

Müəllif: Bəhruz MƏMMƏDOV