Orxan Məmmədov millinin baş məşqçisi və federasiya rəsmiləri ilə görüşdü

ESTAFET/ Azərbaycan Minifutbol Federasiyasının növbəti iclası keçirilib.
Federasiyanın mətbuat xidmətinin məlumatına görə, toplantıda cari ildə nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb və müəyyən qərarlar qəbul edilib.
AMF-nin prezidenti Orxan Məmmədov qarşıdan gələn Avropa çempionatına yollanacaq millinin baş məşqçisinin hazırlıq planı ilə tanış olub və komandaya uğurlar arzulayıb.
