WORLD MASTERS: YIĞMAMIZ BİRİNCİ OLDU
ESTAFET/ Meksikanın Quadalaxara şəhərində World Judo Masters seriyasından olan turnir başa çatıb. Yarışın son günündə tatamiyə daha 3 cüdoçumuz çıxıb.
90 kq: Məmməli Mehdiyev
Ardıcıl olaraq Xusen Xalmurzayev və Marcus Nimana (İsveç) məğlub olan Məmmədəli turniri mükafatsız başa vurub.
100 kq: Elxan Məmmədov və Elmar Qasımov
Elxan ilk görüşdən kubalı Jose Armanterosa məğlub olaraq mübarizəni dayandırmalı olub.
Bu çəkidəki digər idmançımız Elmar isə çempion olmaqla həm özünün, həm də yığmamızın lider olmasını təmin edib. Belə ki, Elmar braziliyalı Luciano Correa üzərindəki qələbə ilə yarışa uğurlu başlayıb. Daha sonra ardıcıl olaraq Lyes Bouyacoub (Əlcəzair) və Martin Paceki (İsveç) məğlub edərək finala çıxıb. Burada isə fransız Kiril Maret Elmar qarşısında 2 dəqiqə 5 saniyə dözə bilib.
+100 kq: Uşangi Kokauri
Aleks Mendoza Garcia (Kuba), Rafael Silva (Braziliya) və Aslan Kambiyev (Ruslan) üzərində inamlı qələbələrlə yarımfinala çıxan yığmamızın gürcü legioneri burada rumın Daniel Natea ilə bacarmayıb və özü ippona düşüb. Bürünc medal üçün keçirilən gərgin görüşdən isə holland Roy Meyer qalib ayrılıb və Uşangi turniri 5-ci sırada bitirib.
Xatırladaq ki, yarışın ilk günlərində Orxan Səfərov (60 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medal qazanmışdılar.