Ölkə çempionatında 20 şahmatçı mübarizə aparır

Aprelin 11-də kişi şahmatçılar arasında Azərbaycan çempionatına start verilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi eləcə də Azərbaycan Şahmat Federasiyasının birgə təşkil etdiyi yarış 9 turdan ibarət olacaq. İlk 4 yerin sahibi ikinci mərhələdə çempionluq uğrunda mübarizəni davam etdirəcək.

20 şahmatçının iştirak etdiyi turnirin reytinq favoriti Aydın Süleymanlıdı.

Qeyd edək ki, Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.

Çempionatın baş hakimi Lütfiyar Rüstəmovdu.

Müəllif: Natiq NƏSİROV