Cüdoçularımız Berlin Avropa Kuboku turnirində iştirak edəcək
13-14 apreldə Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri keçiriləcək.
37 ölkədən 776 idmançının qatılacağı turnirdə Azərbaycan oğlanlar arasında 7 çəki dərəcəsində 15 nəfərdən ibarət heyətlə təmsil olunacaq.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov,rəhbərlik edəcək.
-50 kq.
Bahadır Feyzullayev
Rüstəm Qasımzadə
Məhəmmədəli Hüsiyev
-55 kq.
Qüdrət Yusif
-60 kq.
Fərid Qarayev
Özqan Quliyev
Mirxaliq İskəndərov
Nihad Rəhimov
-66 kq.
Ümüd Qurbanov
Sadiq İskəndərov
Kənan Sadıqov
-73 kq.
Cəsur İbadlı
-81 kq.
Mehdi Abbasov
Əli Qazıməmmədov
+90 kq.
Sübhan Axundov