Berlin Avropa Kubokunun ilk günündə 11 cüdoçumuz mübarizə aparacaq

13 apreldə Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri start götürür.

Yarışın ilk günündə oğlanlar arasında -50 kq., -55 kq., -60 kq. və -66 kq. çəki dərəcələrində 11 cüdoçumuz tatamiyə çıxacaq.

Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.

Müəllif: Natiq NƏSİROV