Azərbaycanın kişi voleybol yığması Qızıl Avropa Liqasının hazırlıqlarına başlayıb
Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib. Komandamızın məşqləri baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə GİN-in Voleybol Mərkəzində təşkil olunub.
Yığmamız turnirdə ilk oyunlarını Bakıda keçirəcəyindən hazırlıq prosesi də elə paytaxtda davam edəcək. Məşqlərə yığmanın əsas oyunçuları ilə yanaşı, gənclər də cəlb olunublar. Xaricdə olan bir neçə oyunçu isə yaxın günlərdə məşqlərə qatılacaq.
Qeyd edək ki, millimizin Qızıl Avropa Liqasında ilk mərhələdəki oyunları 17-19 may tarixlərində Bakıda baş tutacaq. Birinci turda rəqiblərimiz Rumıniya və Ukrayna yığmaları olacaq.