Dənizkənarı Bulvarda “Wings for Life World Run”baş tutacaq
5 may 2024-cü il tarixində, saat 15.00-da Dənizkənarı Bulvar ərazisində (Dövlət Bayrağı Meydanının yaxınlığı ) “Wings for Life World Run” qlobal qaçış tədbiri baş tutacaq.
Dünyanın ən böyük qaçış tədbiri “Wings for Life World Run” 2024-cü ildə geri qayıdır. Bu yarış bütün dünyada qaçışçılar və əlil arabası istifadəçilərini tayı-bərabəri olmayan, əyləncəli və xeyriyyə hədəfi güdən məqsəd ətrafında birləşdirir.
Dünyanın müxtəlif nöqtələrində insanlar hərəsi öz sürəti və hədəfləri ilə, amma eyni zamanda və bir yerdə Bakı vaxtı ilə 15.00-da onurğa sütunu xəstəliklərinin müalicəsinə bizi daha yaxın etmək üçün qaçacaqlar. Belə ki qeydiyyat ödənişlərinin 100%-i onurğa xəstəliklərinin araşdırılmasına yönəldilir.