Qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açmada medalçılar müəyyənləşib

Qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açma növündə final görüşləri keçirilib.

Koreyalı və çinli atletlər arasında gedən “qızıl” mübarizəsi kifayət qədər maraqlı alınıb.

Koreyanı təmsil edən Jun Yang 50 atışdan 41-ni dəqiq yerinə yetirərək qızıl medala sahib olub. Çinli Nan Zhao 37 halda hədəfi dəqiq nişan alaraq gümüş medala yiyələnib. Almaniyalı Josefin Eder 32 dəqiq atış nəticəsində “bürünc”lə kifayətlənib.

Müəllif: Bəhruz MƏMMƏDOV