Kişilər arasında 25 metr məsafəyə sürətli atəş açma növündə final görüşləri keçirilib

Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2024” başa çatır.

Turnirin son günündə kişilər arasında 25 metr məsafəyə sürətli atəş açma növündə final mərhələsinin görüşləri keçirilib.

Koreyalı Jong Ho Song bürünc medalla kifayətlənib.

Qızıl medal uğrunda mübarizədə Çin atleti Yuehong Li ilə Fransanı təmsil edən Klemen Besua münasibətlərinə aydınlıq gətirib. Həlledici mərhələdə 5 atışın hamısını dəqiq yerinə yetirən çinli idmançı qalib adını qazanıb. Ötən il Bakıda keçirilən dünya çempionatında “gümüş” alan Besua yenə eyni uğuru təkrarlayıb.

Müəllif: Bəhruz MƏMMƏDOV