Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında qızıl medal qazandı

Milli komandamızın üzvləri Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Açıq Mərkəzi Asiya çempionatının ikinci günündə də uğurlu çıxışlarını davam etdiriblər.

Üç təkanla tullanma yarışında Rüstəm Məmmədov 15.93 metr göstərici ilə yadda qalıb. Bu nəticə ilə bütün rəqiblərini geridə qoyan atletimiz yarışın qalibi olub.

Bu növdəki digər təmsilçimiz Cabir Əliyev 7-ci yeri tutub.

Xatırladaq ki, yarışın ilk günündə Nazim Babayev uzunluğa tullanmada 2-ci olmuşdu.

Müəllif: Bəhruz MƏMMƏDOV