Cüdo üzrə Dünya çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb

ESTAFET/ Birləşmiş Ərəb Əmirlikləri 19-24 mayda cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək. 100-dən çox ölkədən 700-ə yaxın idmançının iştirak edəcəyi çempionatda Azərbaycan 8 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə təmsil olunacaq.

Yarışda iştirak etməli olan cüdoçularımız Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) zədəli olduqlarına görə milli yığmanın tibbi heyətinin qərarına əsasən yarışa qatılmayacaqlar.

Mundialda cüdoçularımız böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.

Dünya çempionatında fərdi yarışlar 19-23 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində yerləşən “Mubadala Arena”-da keçiriləcək.

Fərdi yarışlarda təmsil edəcək Azərbaycan milli yığmasını heyətini təqdim edirik:

Qadınlar

48 kq
Leyla Əliyeva

57 kq
Acelya Toprak

Kişilər

60 kq
Balabəy Ağayev
Turan Bayramov

66 kq
Yaşar Nəcəfov
Kamran Süleymanov

73 kq
Hidayət Heydərov

81 kq
Zelim Tçkayev

90 kq
Elcan Hacıyev
Vüqar Talıbov

100 kq
Zelim Kotsoyev

Müəllif: Natiq NƏSİROV