Fudokançılarımız avropa çempionatıda iştirak edəcəklər

Sloveniya, Podcetrtek şəhərində Fudokan üzrə 27-ci avropa çempionatı, uşaqlar arasında avropa kuboku keçiriləcək
Avropa çempionatı və avropa kubokunda iştirak edən Azərbayacan Karate Federasiyasının ənənəvi karate üslubu fudokan üzrə komandasının heyəti:
Uşaqlar arasında, Mustafazadə Yusif, Məmmədli Mövlan, Məmmədli Mənsumə, Yeniyetmələr arasında; Mahmudlu Leyla, Qafarlı Rəşidə.
Gənclər arasında; İbrahimli İsmayıl, Abdullayev Mehti, Behbudzadə Şəhriyar, Ələkbərov Tahir
Böyüklər arasında; Həsənov Vahid, Heydərzadə Kamran
Komandamız yarışa Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, Dünya Fudokan Federasiyasının (ənənəvi karate üslubu) Azərbaycan üzrə rəsmi nümayəndəsi Vüsal Abdullazadə və nümayəndəliyin vitse-prezidenti Aqil Soltanovun rəhbərliyi altında yollanıblar.
