Azərbaycan millisi Qızıl Avropa Liqasına qələbə ilə başladı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasına qələbə ilə başladı. 1-ci turun oyunlarını Xorvatiyada keçirən yığmamız ilk qarşılaşmasında ev sahibini məğlub edib.

Görüşə daha yaxşı başlayan Faiq Qarayevin yetirmələri birinci setdən 25:19 hesablı qələbə ilə ayrılıblar. Üstünlüyünü sonadək qoruyan komandamız növbəti hissələri də 25:19 və 25:22 hesabları ilə aktivinə yazdırıb. Beləliklə, Xorvatiya yığmasını 3:0 hesabı ilə məğlub edən millimiz Qızıl Avropa Liqasına qələbə ilə başlayıb.

Qeyd edək ki, növbəti oyunumuz sabah Slovakiya yığmasına qarşı olacaq.

Qızıl Avropa Liqası

I tur (Xorvatiya)

Qadınlar

17 may

Azərbaycan – Xorvatiya 3:0 (25:19, 25:19, 25:22)

18 may

17:00 Slovakiya - Azərbaycan

Müəllif: Bəhruz MƏMMƏDOV