Şito-Ryu Komandamızın Avropa Mübarizəsi

Azərbaycan Karate Federasiyasının Şito-Ryu komandası Almaniyanın Regensburq şəhərində keçirilən Avropa çempionatında iştirak edir.
Yarışda ölkəmizin idman şərəfini 3 karateçi qoruyur. Mehman Eynalov -80, İmran Quluzadə -72, Fuad Əliyev isə +80 kq. çəki dərəcələrində qüvvəsini sınayırlar.
Komandamıza AKF-in Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi başçılıq edir.
