Stolüstü tennisçilərimiz Avropa birinciliyində

Yeniyetmə stolüstü tennisçilərimiz Avropa birinciliyinə qatılacaqlar. Seçmə komandamız bu məqsədlə Rumıniya paytaxtına yollanıb.
Buxarest sınaqlarında 4 idmançımız bacarığını göstərəcək. Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallı seçmə komandanın məşqçiləri Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə qələbə uğrunda mübarizə aparacaq. Yarışlara mayın 22-də start veriləcək.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Zaur Mikayılov da Avropa birinciliyinə dəvət alıb. Təcrübəli hakim yarışın oyunlarını idarə edəcək.
