Peşəkar Çövkən Liqası 2 oyunla start götürdü
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə ilk dəfə keçirilən Peşəkar Çövkən Liqasının ilk turuna start verilib.
Binə Atçılıq Mərkəzində baş tutan turnirin açılış günündə matç keçirilib.
İlk qarşılaşmada “Omar” komandası “Embavud”a minimal hesabla qalib gəlib – 1:0. 2-ci görüşdə isə “Sərhədçi” “Ağstafa Dilbaz" komandasını 7 cavabsız qolla üstələyib.
İlk turun digər matçları mayın 22-də eyni məkanda oynanılacaq.
Qeyd edək ki, 10 komandanın iştirak etdiyi Peşəkar Çövkən Liqasına dekabrın 4-də yekun vurulacaq.