Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək. 1-2 iyun tarixlərində bulvar ərazisində, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının binasının qarşısında təşkil olunacaq turnirin reqlamentə əsasən, iştirakçılar fərdi və komanda şəklində olmaqla 1 və 2 nəfərlik kayak qayıqlarında 200 metr məsafəyə mübarizə aparacaqlar.

İyunun 1-i saat 10:00-dan 15:00-dək komandaların ümumi məşqi keçiriləcək. İyunun 2-si saat 11:00-da yarışın rəsmi açılış mərasimi başlayacaq. 11:30-dan etibarən isə yarış start götürəcək.

Qaliblər medal, diplom və hədiyyələrlə təltif ediləcəklər.

Müəllif: Bəhruz MƏMMƏDOV