3x3 basketbol üzrə yığmamız təlim-məşq toplanışına yollanıb

Kişilərdən ibarət 3x3 basketbol üzrə millimiz, təlim-məşq toplanışı çərçivəsində Seribayanın Novi Sad şəhərinə yola düşüb.
Amil Həmzəyev, Zaur Paşayev, Cəbrayıl Əkbərov, Endər Poladxanlı və Kamran Məmmədovdan ibarət heyətə, qarşıdakı günlərdə Cordan Deyvisin də qoşulması gözlənilir. Bu basketbolçular arasından seçiləcək 4 nəfərlik yekun heyətə isə, məhz hazırlıq prosesinin sonlarında qərar veriləcək. 7 iyun tarixinə qədər davam edəcək toplanışın əsas məqsədi, 8-9 iyun Kosovonun Priştina şəhərində keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsinə hazırlaşmaqdır.
Qeyd edək ki, millimiz təsnifat mərhələsinin "B" qrupunda, Kosovo, Kipr, Albaniya və Ermənistan seçmələri ilə qarşılaşacaq.
