GİMNASTLARIMIZIN İSPANİYADAKI ÇIXIŞI

ESTAFET/ Azərbaycan Gimnastika Federasiyasından verilən xəbərə görə, 3-5 iyun tarixlərində Qvadalaxara (İspaniya) şəhərində bədii gimnastika üzrə Dünya Kuboku və gənclər arasında beynəlxalq turnir keçirilib.

 

Kubok yarışlarında olimpiyaçımız Marina Durunda lentlə final mərhələsində çıxış edərək, 5-ci yerdə qərarlaşdı.

 

Kubokda Azərbaycanı qrup hərəkətləri yarışlarında təmsil edən Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Ayşən Bayramova və Elif Zeynep Celepdən ibarət komanda çıxış proqramının hər iki finalına (5 lent, 3 cüt gürz və 2 halqa) vəsiqə qazanaraq 5-ci yerləri tutmuşlar. Çoxnövçülükdə isə qızlar 6-cı nəticəni göstərib.

 

Dünya Kuboku ilə parallel keçirilən beynəlxalq turnirdə gənc gimnastlar İlahə Məmmədova, Veronika Qudis və Zöhrə Ağamirova iştirak etmişlər.

 

Veronika Qudis iplə finalda çıxış edərək, 3-cü yeri İspaniyalı gimnastla bölüşdü.