Gürcüstan, Qırğızıstan, Tacikistan və Oman Atletləri Bakıda güclərini sınadılar

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə əməkdar məşqçi Əfqan Səfərovun 27-ci beynəlxalq memorialı keçirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Əfqan Səfərovun ölkəmizdə  atletikanın inkişafı yolunda xidmətlərindən danışaraq bu yarışın idmançıların nüfuzlu beynəlxalq turnirlər üçün təcrübə əldə etməsi, bacarıqlarını göstərməsi üçün yaxşı imkan olduğunu bildirib. Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva memorialın yüksək statusunu xatırladaraq müxtəlif ölkələrin atletləri arasında gərgin rəqabətdə keçəcək yarışın idmançılarımız üçün də faydalı olacağını diqqətə çatdırıb. Memorialda Azərbaycan atletləri ilə yanaşı, Gürcüstan, Qırğızıstan, Tacikistan və Oman idmançıları da mübarizə aparıb. Ümumilikdə, 70-ə yaxın idmançı müxtəlif məsafələrə qaçış, uzunluğa tullanma, üç təkanla tullanma, nüvə itələmə və lövhə atma üzrə qalibləri müəyyən ediblər. Qeyd edək ki, yarış Paris Yay Olimpiya Oyunlarına lisenziya üçün reytinq xallarının toplanması baxımından əhəmiyyət kəsb edir.

Qaliblər

100 metr məsafəyə qaçış

1. İldar Ahmadiyev (Tacikistan)
2. Abdul Aziz Nasser Al-Reyami (Oman)
3. Anas Nasser Al-Reyami (Oman)

100 metr məsafəyə qaçış

1. Lamiyə Vəliyeva
2. Lika Xarçilava (Gürcüstan)
3. Fəridə Rzayeva

200 metr məsafəyə qaçış

1. İldar Ahmadiyev (Tacikistan)
2. Novruz Əsədli
3. Aleksey Əliəkbərov

200 metr məsafəyə qaçış

1. Lamiyə Vəliyeva
2. Ani Mamataşvili (Gürcüstan)
3. İlahə Quliyeva

400 metr məsafəyə qaçış

1. Səid Səfərli
2. Elmir Cəbrayılov
3. Cavid Məmmədov

800 metr məsafəyə qaçış

1. Bəxtiyar Əsgərli
2. Vahid Kərimov
3. Səid Məmmədov

800 metr məsafəyə qaçış

1. Nila Heydərova
2. Günel Manafova
3. Fidan İslamova

Uzunluğa tullanma

1.Nazim Babayev
2. Kəsgin Abbaszadə
3. Laşa Qulelauri (Gürcüstan)

Uzunluğa tullanma

1. Samarkul Aliya (Qırğızıstan)
2. Sabina Batadjiyeva (Qırğızıstan)
3. Yelena Pextireva

Üç təkanla tullanma

1.Rəvan Behbudov

Üç təkanla tullanma

1. Yekaterina Sarıyeva

Nüvə itələmə

1.Georgi Mujaridze (Gürcüstan)
2. İsmayıl Əliyev
3. Tofiq Məmmədov

Nüvə itələmə

1. Sopiko Şatirişvili (Gürcüstan)
2. Səkinə Hacızadə
3. Aysel Rəhimli

Lövhə atma

1. Temuri Abulaşvili (Gürcüstan)
2. İsmayıl Əliyev
3. Yusif Nəzərov

Müəllif: Bəhruz MƏMMƏDOV