Azərbaycan millisi Türkiyə yığmasına məğlub olub

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunda səfərdə Türkiyə yığması ilə üz-üzə gəlib. “Ərzincan 13 Şubat” stadionunda təşkil olunan görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu Ebru Topçu vurub.

Hazırda yığma 1 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb.

Müəllif: Bəhruz MƏMMƏDOV