“Gəncə” Azərbaycan millisinin iki voleybolçusunu transfer edib

“Gəncə” komandası heyətini iki yeni voleybolçu ilə gücləndirib.
Klubdan verilən məlumata görə, “sarı-göylər” Azərbaycan millisinin üzvləri Yuliya Kərimova və Nərminə Musayeva ilə müqavilə imzalayıb.
Komanda daha əvvəl Ülkər Kərimovanı transfer etmişdi.
