“Azərreyl” kubalı voleybolçu ilə gücləndi

Qadın voleybolçulardan ibarət “Azərreyl” komandası heyətini yeni transferlə gücləndirib.
Klubun rəsmi saytına istinadən xəbər verir ki, “dəmiryolçular” Kubalı voleybolçu Daima Del Rio Prevalı transfer edib.
25 yaşlı idmançı ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, bu transfer "Azərreyl"in qarşıdakı mövsümdə heyətini daha da gücləndirməyi hədəflədiyini göstərir.
